Bank Of Baku

Səfir Tofiq Abdullayev: “Bu il Azərbaycandan Həcc ziyarətinə gedənlərin sayının 2006-cı ilə nisbətən iki dəfə artacağı gözlənilir”

Səfir Tofiq Abdullayev: “Bu il Azərbaycandan Həcc ziyarətinə gedənlərin sayının 2006-cı ilə nisbətən iki dəfə artacağı gözlənilir”
# 15 yanvar 2007 11:48 (UTC +04:00)
Səudiyyə Ərəbistanında yaşayan azərbaycanlılar əsasən ayrı-ayrı bölgələrdə yaşadığından təşkilatlana bilmirlər. APA-nın məlumatına görə, bu barədə Azərbaycanın Səudiyyə Ərəbistanındakı fövqəladə və səlahiyyətli səfiri Tofiq Abdullayev bildirib. Səfir deyib ki, Səudiyyə Ərəbistanında 1000-dək Azərbaycan vətəndaşı yaşayır, onlardan 350-i bu ölkənin tibb müəssisələrində fəaliyyət göstərən həkimdir. Səfir Səudiyyə Ərəbistanında Xocalı soyqırımı ilə bağlı geniş tədbirlər keçiriləcəyini də deyib. Onun sözlərinə görə, bununla əlaqədar bu ölkənin məscidlərində xütbələrin verilməsi nəzərdə tutulub. T.Abdullayev bu il Azərbaycandan Həcc ziyarətinə gedənlərin sayının 2006-cı ilə nisbətən iki dəfə artacağının gözləndiyini də söyləyib: “Azərbaycan üçün ayrılan yer iki dəfə artırılmalıdır. Bu məsələ ilə Qafqaz Müsəlmanları İdarəsi məşğul olsa da, səfirlik də bu haqda məlumatlıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR