Bank Of Baku

Venesiya Komissiyası Azərbaycanın Seçki Məcəlləsi ilə bağlı rəsmi Bakının təqdim etdiyi layihəni yaza kimi öyrənəcək

Venesiya Komissiyası Azərbaycanın Seçki Məcəlləsi ilə bağlı rəsmi Bakının təqdim etdiyi layihəni yaza kimi öyrənəcək
# 15 yanvar 2007 12:09 (UTC +04:00)
Bu barədə APA-ya Venesiya Komissiyasından məlumat verilib. Komissiyadan bildirilib ki, layihəni araşdırma prosesi bu ilin yazına kimi davam edəcək: “Seçki Məcəlləsi iri həcmli sənəddir. Venesiya Komissiyasının etdiyi tövsiyələr, aldığı təkliflər və mövcud sənəd öyrənilir, araşdırılır”. VK-dan Azərbaycan hakimiyyəti ilə mütəmadi əlaqədə saxlanıldığı da qeyd edilib: “Güman ki, yaza qədər Venesiya Komissiyasının ekspertləri ilə Azərbaycanın hakimiyyət nümayəndələri arasında növbəti görüş keçiriləcək. Bu görüş həm Bakıda, həm də Avropada keçirilə bilər”. VK-dan komissiyasının marta keçiriləcək sessiyasının gündəliyinə Azərbaycanla bağlı məsələnin salınıb-salınmayacağının hələ məlum olmadığını deyilib.
Qeyd edək ki, VK-nın Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı tövsiyələr əsasında hazırlanmış layihəni Azərbaycan tərəfi ötən ilin sentyabrında bu quruma təqdim edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR