Bank Of Baku

“Sərhədsiz reportyorlar” Nəsimi rayon Məhkəməsini Samir Sədaqətoğlu və Rafiq Tağının işi üzrə ədalətli qərar verməyə çağırıb

“Sərhədsiz reportyorlar” Nəsimi rayon Məhkəməsini Samir Sədaqətoğlu və Rafiq Tağının işi üzrə ədalətli qərar verməyə çağırıb
# 15 yanvar 2007 12:19 (UTC +04:00)
“Sərhədsiz reportyorlar” təşkilatı Azərbaycan məhkəmə orqanlarını “Sənət” qəzetinin baş redaktoru Samir Sədaqətoğlu və yazar Rafiq Tağının işi üzrə ədalətli qərar verməyə çağırıb. APA-nın məlumatına görə, təşkilat bu işlə bağlı məhkəmənin gecikməsindən narahat olduğunu bəyan edib: “Biz məsələnin ciddiliyini və oxucuların hisslərinə toxunulduğunu anlayırıq. Bununla belə, Nəsimi rayon Məhkəməsinin hakimi Gülnarə Tağızadəni düzgün qərar qəbul etməyə çağırırıq”. Qeyd edək ki, S. Sədaqətoğlu və R. Tağının həbs müddəti daha 2 ay uzadılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR