Bank Of Baku

Çingiz Əsgərov: “Azərbaycanla Məhkəməsi arasında kommunikasiya edilən işlər sırasında Sərdar Cəlaloğlunun şikayətləri ilə bağlı iş yoxdur”

Çingiz Əsgərov: “Azərbaycanla Məhkəməsi arasında kommunikasiya edilən işlər sırasında Sərdar Cəlaloğlunun şikayətləri ilə bağlı iş yoxdur”
# 15 yanvar 2007 12:21 (UTC +04:00)
“Azərbaycan dövləti ilə Avropa Məhkəməsi arasında kommunikasiya edilən işlər sırasında Sərdar Cəlaloğlunun şikayətləri ilə bağlı iş yoxdur”. Bunu APA-ya açıqlamasında Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib. Ç. Əsgərov qeyd edib ki, qaydalara görə, eyni maddələrin pozuntusu ilə bağlı şikayətlərə təkrarən məhkəmədə baxılmır.
Qeyd edək ki, Azərbaycan Demokrat Partiyasının (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu İnsan Hüquq və Azadlıqları üzrə Avropa Məhkəməsinin onun daha iki şikayətinə baxacağını bildirib. Bu şikayətlər 2003-cü ilin oktyabrında S. Cəlaloğlu ilə bağlı başlanmış cinayət işinə mahiyyəti üzrə baxılarkən onun hüquqları pozulması ilə bağlı olub. Birinci şikayət İnsan Hüquq və Azadlıqları üzrə Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 13-cü(səmərəli hüquqi müdafiə vasitələri hüququ) və 14-cü (ayrı seçkiliyin qadağan olunması)maddələrinin, ikinci şikayət isə Konvensiyaya əlavə olunan 1 saylı Protokolun 3-cü (azad seçki hüququ), Konvensiyanın 13-cü və 14-cü maddələrinin pozuntuları ilə bağlıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR