Bank Of Baku

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu: ““Miqrasiya haqqında” qanunun sərtləşdirilməsi hər iki tərəf üçün əlverişlidir”

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu: ““Miqrasiya haqqında” qanunun sərtləşdirilməsi hər iki tərəf üçün əlverişlidir”
# 15 yanvar 2007 13:47 (UTC +04:00)
Bu sözləri APA-ya eksklüziv açıqlamasında Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib. Səfirin sözlərinə görə, Rusiyada analoji qanun pozuntuları uzun müddətdir ki, davam edir: “Buna görə də Rusiya hökumətinin miqrantlarla bağlı qanunun şərtlərini sərtləşdirməsində qeyri-adi və gözlənilməz heç nə yoxdur. Əlbəttə, bu gün qanunun tətbiqinin ilk günüdür və yarana biləcək problemlər barədə hələlik heç nə söyləmək olmaz. Məsələnin tam şəffaflaşması üçün ən azı 15-20 gün tələb olunur”. Səfir, həmçinin, Rusiya hökumətinin miqrantlarsız keçinməyin mümkünsüzlüyünü də çox gözəl anladığını qeyd edib.
P.Bülbüloğlu xüsusi problem kimi nə rəsmi, nə də qeyri rəsmi-orqanların, hətta Azərbaycanın Rusiyadakı səfirliyinin bu ölkədə yaşayan azərbaycanlıların dəqiq sayının bilməməsini önə çəkib. Bununla belə, diplomat səfirlik tərəfindən soydaşlarımıza bütün lazımi köməklikləri göstərəcəyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR