Bank Of Baku

“Heydər Əliyev” kitabının təqdimat mərasimi olub

“Heydər Əliyev” kitabının təqdimat mərasimi olub
# 15 yanvar 2007 13:48 (UTC +04:00)
Naxçıvan Dövlət Universitetində (NDU) “Heydər Əliyev” kitabının təqdimat mərasimi keçirilib. APA-nın Naxçıvan bürosunun məlumatına görə, müəllifləri yazıçı-publisist Viktor Andrivanov və Milli Məclisin deputatı Hüseynbala Mirələmov olan kitabın təqdimat mərasimində NDU-nun rektoru, akademik İsa Həbibbəyli çıxış edərək, bu əsəri Heydər Əliyev haqqında yazılmış ən yaxşı kitab adlandırıb. O bildirib ki, 13 fəsildən ibarət olan kitabda ulu öndər Heydər Əliyevin ailəsi, uşaqlıq və gənclik dostları haqqında geniş məlumat verilir, onun sovetlər dövründə ölkəmizə rəhbərlik etdiyi və Moskvada yüksək vəzifədə çalışdığı illərdən, daha sonra Azərbaycan prezidenti kimi fəaliyyət göstərməsindən bəhs olunur. Qeyd edək ki, kitab ötən il Ümumdünya Kitab Sərgisində nümayiş etdirilərək, beynəlxalq mükafata layiq görülüb. Rus və ingilis dillərində işıq üzü görən kitabın yaxın gələcəkdə Azərbaycan və fars dillərində nəşr olunması da planlaşdırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR