Bank Of Baku

Azərbaycanın Moskvadakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Azərbaycanın Moskvadakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib
# 15 yanvar 2007 14:02 (UTC +04:00)
Rusiyanın “Yerlilər” (“Mestnıye”) Hərəkatının 100-dən çox fəalı Azərbaycanın Moskvadakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. APA-nın məlumatına görə, əllərində bayraq və plakatlar tutan aksiya iştirakçıları qeyri-leqal miqrasiyaya etirazlarını bildiriblər. Təşkilatın lideri Sergey Fateyev deyib ki, onlar Rusiyada miqrantların qanuni əsaslarla çalışmasının əleyhinə deyillər: “Qanunu pozaraq bizim ölkəyə gələnləri yalnız bir aqibət gözləyir onlar deportasiya yolu ilə evlərinə qayıdacaqlar”. Piketdən sonra S. Fateyev hazırladıqları məktubu Azərbaycan səfirinə təqdim etmək üçün səfirliyə yollanıb. Məktubda Azərbaycana təklif olunur ki, vətəndaşlarının deportasiyası ilə bağlı xərcləri özü ödəsin. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR