Bank Of Baku

AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin iclasında Azərbaycan və Ermənistan üzrə həmməruzçilər, o cümlədən Leo Platvoet iştirak edəcək

AŞPA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin iclasında Azərbaycan və Ermənistan üzrə həmməruzçilər, o cümlədən Leo Platvoet iştirak edəcək
# 15 yanvar 2007 14:27 (UTC +04:00)
Alt Komitənin sədri, Böyük Britaniyanın Lordlar Palatasının üzvü Lord Rassel Constonun ofisindən APA-ya verilən məlumata görə, iclas yanvarın 25-ə təyin olunub. Toplantıda AŞPA-nın 2005-ci ildə Dağlıq Qarabağa dair qəbul etdiyi 1416 saylı qətnaməsi ətrafında müzakirələr aparılacaq. Müzakirələrdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Ermənistan nümayəndə heyətinin rəhbəri Tiqran Torosyan, qurumun Azərbaycan üzrə həmməruzəçiləri Toni Lloyd, Andres Herkel, Ermənistan üzrə həmməruzəçilər Jorj Kolombye, Mikko Elo, AŞPA-nın Cənubi Qafqazda itkin düşmüş şəxslərlə bağlı məruzəçisi Leo Platvoet və Alt Komitənin sədri Lord Rassel Conston iştirak edəcək. Bundan başqa, Alt Komitənin iclasına Azərbaycan və Ermənistan müxalifətinin təmsilçiləri də qatılacaqlar. Ermənistandan Liberal-Demokrat Partiyasının üzvü Şavarş Köçəryanın iştirak edəcəyi dəqiqləşsə də, Azərbaycan müxalifətindən müzakirələrə kimin qatılacağı hələlik məlum deyil. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR