Hacı Allahşükür Paşazadə: “Azərbaycandan gedən bir qrup hacının vətənə dönməsində yaranmış problemin şişirdilməsi təxribatdır”
- Əgər ötən il ziyarət zamanı Azərbaycandan 5-6 nəfər dünyasını dəyişmişdisə, bu il bu hadisə baş vermədi. Bu il dünyasını dəyişən bir nəfər sırf maşın vurması nəticəsində ölüb. El-obana sağ-salamat qayıtmaqdan böyük xoşbəxtlik yoxdur. Əlbəttə, fikirləşirəm ki, gələn ildən biz Həcc məsələsində xüsusi bir dəyişiklik etməliyik. Hətta təyyarə reyslərinin həyata keçirilməsi ilə bağlı dəyişiklik olacaq. Danışıqlar indi də gedir. Bundan başqa, orada otellərin tutulması ilə bağlı məsələdə çətinliklərimiz var. Çox vaxt otelləri birinci əldən ala bilmirik. Otel kirayələmək üçün əvvəlcədən vəsait qoyulmalıdır. Hər il ötən ilə nisbətən vəziyyət daha da yaxşılaşır.
- Həcc ziyarətinə təyyarə ilə gedən bir qrup azərbaycanlının vətənə dönməsində yaranan problemlər nə ilə bağlıdır?
- Bu il Həcc ziyarətinin qiymətinin nisbətən artmasından istifadə edən bir qrup adam belə məsələləri süni şəkildə şişirtdi. Məsələ ondadır ki, Həcc ziyarətindən qayıdan zaman Səudiyyə Ərəbistanı Krallığında təyyarələrin bəzilərində nasazlıq aşkar olundu. Azərbaycanlı hacıları vətənə gətirəcək təyyarə gecikdi, bunun da nəticəsində bir neçə gün yubanma oldu. Allah eləməsin, birdən təyyarədəki bu nasazlıq havaya qalxandan sonra baş verəydi, onda nə olacaqdı? Bu il bizim ən böyük uğurumuz o oldu ki, ziyarət zamanı rəhmətə gedənimiz olmadı. Bir nəfər dünyasının dəyişdi ki, onu da öz ehtiyatsızlığı üzündən avtomobil vurmuşdu. Biz həmin adamı orada dəfn etdik. Qaldı ölkəyə qayıtmasında problem yaranan şəxslərə, onlara otellər və yemək təklif olunub, lakin imtina ediblər. Deyiblər ki, şeyx onları aldadır, adamlar arasında əks-təbliğat aparıblar. Bizim Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyin müşaviri Oqtay Qurbanov da orada olub və onlara otellərdə yerləşməyi təklif edib. Bu dəfə də onlar bundan imtina ediblər. Səfirin müşaviri onlardan soruşub ki, bu narahatçılığı yaratmalarının səbəbi nədir? Cavab veriblər ki, bilə-bilə belə edirlər. Deyiblər ki, pulları da var, hər şeyləri də...
- Dediklərinizdən belə çıxır ki, vəziyyətin gərginləşdirilməsi təxribat xarakteri daşıyıb?
- Bəli, bu təxribatdır. Ölkədə də bəzi adamlar deyirlər ki, çıxsınlar mitinqə, narazılıqlarını bildirsinlər. Xüsusilə qiymət artımından sui-istifadə etmək istəyənlər var. Mən demirəm ki, çətinlik olmayıb. Bəli, bu baş verib. Mənim özümün də günlərlə bu çətinliyi yaşayıb, hava limanlarında qaldığım vaxt olub. Onlar orada iki gün yatmayıblarsa, biz də burada yatmamışıq. Yenə də deyirəm, bu hadisədir. 3 milyon insan Həccə gedib. Hər şeyin baş verməsi mümkündür. Bəlkə də bu, Allahın imtahanıdır. Amma bunu başqa formada qələmə vermək, xalqı təşviş içində saxlamaq ki, guya orada dilənçilik edirlər, bu düzgün deyil. Mən bu sözləri özümdən demirəm. Oraya göndərdiyim müavinim, Hacı Salman Musayev və səfirliyin müşaviri bu barədə mənə xəbər verib. Dünən artıq həmin hacılar yola salınıb və artıq vətənə qayıdıblar. Amma onlar yola salınanda yenə də qarışıqlıq düşüb, hacıların bir hissəsinin əşyaları Düşənbəyə gedib, yarısı isə Ciddədə qalıb. İndi çalışırıq ki, bu məsələni həll edək. Mən bütün bu çətinlikləri başa düşürəm. Düşənbədə qar yağdığından Tacikistanda günlərlə təyyarə havaya qalxa bilmirdi. Biz onların təyyarələri ilə müqavilə bağlamışdıq. Hacıların Ciddə-Tehran reysi ilə İrana, oradan isə Bakıya gəlməsi üçün hətta Əli Əkbər Haşimi Rəfsəncani ilə danışdım. Halbuki bizim proqramımızda onların qayıtması yanvarın 18-ə qədər nəzərdə tutulub.
- Belə məlumatlar var ki, problemlə üzləşən hacılar Sizin rəhbərlik etdiyiniz idarəni məhkəməyə verməyə hazırlaşırlar...
- Məhkəmə verirlərsə, buyursunlar. Qanun-qayda var. Biz üzərimizə düşən vəzifəni yerinə yetirməmişiksə, bu başqa məsələ. Biz hər şeyi etmişik. Problem texniki səbəblərdən baş verib. Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyinin də məlumatı var ki, onların vətənə dönüşü niyə gecikib.
- Bəziləri məsələni belə şərh edirlər ki, Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarətini monopoliyasında saxlamaq üçün bu problemi bilərəkdən yaradır.
- Həcc ziyarətini təşkil etmək mənim səlahiyyətimdə olan məsələdir və bunu mənim əlimdən heç kəs ala bilməz, mən Şeyxəm. Qaldı ziyarəti yüksək səviyyədə keçirməklə bağlı məsələyə, bu mənim borcumdur. Bunu məndən tələb edə bilərlər. Bu il səhvimiz olubsa, gələn il onun aradan qaldırılmasına çalışarıq. Məhkəməyə müraciət etmək isə onların öz işdir. Kimsə ölkə daxilində dini-mənəvi dəyərləri gözdən salmağa çalışırsa, buna dəyməz. Allah yolunda Həccə gedən, gərək haqqı da bilsin. /APA/
Daxili siyasət
Sumqayıtda Milli Qurtuluş Günü qeyd olunub - FOTO
Deputat: Milli Qurtuluş günü Azərbaycanın dövlətçilik tarixinin dönüş nöqtəsidir
Qurtuluş günü Azərbaycanın varlığı ilə yoxluğu arasında incə cizgi idi - RƏY
Spiker: Müasir Azərbaycan dövləti Heydər Əliyev dühasının məhsuludur
Xəbər Lenti
ABŞ və İran arasında virtual sülh razılaşmasında Vens və Qalibaf iştirak edəcək
25 avtomobil yolunda sel suları nəticəsində zədələnmiş infrastrukturun bərpası aparılır - VİDEO
Zelenski: “Ukrayna dronları Rusiyada neft obyekti və "Azot" zavodunu vurub”
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib
Hizbullah son 24 saatda İsrailə qarşı 22 hücum həyata keçirib
AZAL: Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub
İsveçrədə əhali sayının azaldılması ilə bağlı referendum keçirilir
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq
Nizami rayonunda 30 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb - VİDEO
KİV: Fon der Lyayen Kallasla münaqişəyə görə islahatlara başlayır
Azərbaycanın rayonlarında yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
ABŞ və İran rəsmiləri razılaşmanı virtual imzalanmağa hazırlaşır
Rusiyanın Oryol şəhərinə dron hücumu olub, bir nəfər ölüb, doqquz nəfər yaralanıb
Böyük Britaniya Rusiyanın neft tankerini saxlayıb
Ağdamda ildırım düşməsi nəticəsində mağaza və mebel sexində baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib - FOTOLENT
Daşkəsəndə sel suları yol çökməsinə səbəb olub - FOTOLENT
DİM Tovuzda qabiliyyət imtahanında iştirak etməli olan abituriyentlərə müraciət edib
İsrail ordusu Livanın Məcdal Zoun bölgəsinə dronlarla hücum edib
Türkiyə millisinin baş məşqçisi: "Hər şeyi sınadıq, təkcə qolumuz çatışmadı"
Mədəniyyət Nazirliyi Hidayət Orucovun vəfatı ilə bağlı başsağlığı verib
Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
KİV: Rusiya Ukraynadakı müharibədə ciddi kadr çatışmazlığı ilə üzləşib
DÇ: Türkiyə çempionata məğlubiyyətlə başlayıb - YENİLƏNİB
Moskvaya doğru hərəkət edən dörd PUA vurulub
Ukrayna dronları Rusiyanın ən böyük kimya zavodlarından birini vurub
ABŞ və İran razılaşması bu gün imzalana bilər
Sumqayıtda Milli Qurtuluş Günü qeyd olunub - FOTO
Qrossi: AEBA ABŞ-İran razılaşmasının icrasına nəzarətdə vasitəçi olmağa hazırdır
Türkiyə millisinin oyununu izləmək üçün minlərlə azarkeş küçələrə toplaşıb - FOTO
DÇ-2026: Şotlandiya Haiti üzərində minimal hesablı qələbə qazanıb
ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb
FT: Konqodakı Ebola epidemiyası gələcək qlobal pandemiyanın məşqi ola bilər
NYT: ABŞ-ın bəzi ştatlarında separatçı meyllər güclənir
Klopp: Dünya çempionatındakı su fasilələri sponsorlar üçündür
DÇ-2026: Braziliya Mərakeşlə heç-heçə edib
Macarıstanın Baş naziri: Ukraynanın Aİ-yə üzvlük prosesi uzun və mürəkkəb olacaq
ABŞ-ın Cənubi Karolina ştatında ticarət mərkəzində atışma olub
Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib
Haitidə Müdafiə Nazirliyinin aparat rəhbəri oğurlanıb
DÇ-2026: Qətər İsveçrə ilə heç-heçə edib
Axios: ABŞ və İran iyunun 14-də virtual formatda memorandum imzalayacaq
ABŞ və İran nümayəndələri gələn həftə İsveçrədə görüşə bilər
Meksikada şəhər meri güllələnərək öldürülüb
DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb
Ukrayna XİN bioloji silah hazırlanması iddialarını təkzib edib
Azərbaycanın tanınmış dövlət xadimi Hidayət Orucov vəfat edib
Tramp Parisdə Makronla görüşəcək
Tovuzda yol qəzası ölümlə nəticələnib - FOTO