Bank Of Baku

Almaniyanın xarici işlər naziri ATƏT-dəki çıxışında dondurulmuş münaqişələrə toxunacaq

Almaniyanın xarici işlər naziri ATƏT-dəki çıxışında dondurulmuş münaqişələrə toxunacaq
# 15 yanvar 2007 14:43 (UTC +04:00)
Almaniyanın xarici işlər naziri Frank Volter Ştenmayer yanvarın 18-də ATƏT-in Vyanadakı baş ofisində “ATƏT və Avropa İttifaqı arasında qarşılıqlı münasibətlər” mövzusunda çıxış edəcək. Baş ofisdən APA-ya verilən məlumata görə, nazir öz çıxışında Avropa İttifaqının şərq ölkələri ilə dialoquna toxunacaq. F. V. Ştenmayerin Cənubi Qafqazdakı və Moldovadakı münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi və onların həlli yolları haqqında da danışacağı gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR