Bank Of Baku

Hacı Allahşükür Paşazadə: “Prosesə müdaxilə etməyim erməni əsirliyində olan Azərbaycan əsgərlərinin azad olunması istiqamətində aparılan danışıqlara mane ola bilər”

Hacı Allahşükür Paşazadə: “Prosesə müdaxilə etməyim erməni əsirliyində olan Azərbaycan əsgərlərinin azad olunması istiqamətində aparılan danışıqlara mane ola bilər”
# 15 yanvar 2007 14:52 (UTC +04:00)
“Azərbaycan əsgərlərinin Ermənistan tərəfindən əsir götürüldüyü barədə eşitmişəm. Bu məsələ ilə bağlı Müdafiə Nazirliyi ilə danışmağıma ehtiyac var”. Bu sözləri APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə erməni əsirliyində olan Azərbaycan əsgərləri Samir Məmmədovla Eldəniz Nuriyevin qaytarılması üçün erməni katolikosu II Qareginə müraciət edib-etməyəcəyi ilə bağlı suala cavab verərkən deyib. Şeyx bildirib ki, məsələnin mahiyyətini öyrənmədən prosesə müdaxilə etməsi əsirlərin azad olunması istiqamətində aparılan danışıqlara mane ola bilər: “Elə etməliyik ki, nəticə müsbət olsun”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR