Bank Of Baku

MSK-nın növbəti iclası keçirilib

MSK-nın növbəti iclası keçirilib
# 15 yanvar 2007 15:08 (UTC +04:00)
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda ilk olaraq qurumun yeni üzvlərinə vəsiqələr təqdim olunub. MSK sədri Məzahir Pənahov yeni üzvlərə uğurlar arzulayıb və onların obyektiv fəaliyyət göstərməsinin qurumun ümumi işinə müsbət təsir edəcəyini vurğulayıb. İclasda MSK-nın oktyabrın 25-də və 30-da keçirilən iclaslarının protokolları təsdiqlənib. 9 saylı Binəqədi I, 13 saylı Əzizbəyov I, 19 saylı Nərimanov I, 52 saylı Quba, 116 saylı Qəbələ, 54 saylı Dəvəçi-Siyəzən, 61 saylı Neftçala, 10 saylı Binəqədi II, 24 saylı Nizami I seçki dairələrinin tərkibində dəyişiklik olunub. Cari məsələlərin müzakirəsi zamanı M. Pənahov bildirib ki, MSK seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı işi davam etdirir və mayın sonunda dəqiqləşdirilmiş siyahı MSK-nın saytına yerləşdiriləcək. O, həmçinin 65 seçki darirəsində monitorinqin başa çatdığını və digər dairələrdə də monitorinqlərin keçiriləcəyini bildirib. Komissiya sədrinin sözlərinə görə, monitorinqlər zamanı üzə çıxan problemlər aradan qalıdırılacaq. Parlamentdə azlıqda olan deputatları təmsil edən komissiya üzvlərinin katibinin nə zaman seçiləcəyinə gəldikdə, M. Pənahov bildirib ki, bu, komissiya üzvlərinin özlərindən asılıdır: “Onlar nə zaman katib müəyyən edib bizə müraciət etsələr, o zaman bunu müzakirəyə çıxaracağıq”. M. Pənahov həmçinin bu ilin sonuna kimi 17 saylı Yasamal III seçki dairəsində əlavə seçkilərin keçiriləcəyini bildirib. Xatırladaq ki, Milli Birlik Hərəkatının lideri Lalə Şövkət Hacıyeva bu dairədən deputat seçildikdən sonra öz mandatından imtina etdiyi üçün dairədə əlavə seçkilərin keçirilməsi zərurəti yaranmışdı. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR