Bank Of Baku

Ermənistan üzrə həmməruzəçi Mikko Elo: “Ermənistan Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin əksər hissəsini yerinə yetirməyib”

Ermənistan üzrə həmməruzəçi Mikko Elo: “Ermənistan Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin əksər hissəsini yerinə yetirməyib”
# 15 yanvar 2007 15:12 (UTC +04:00)
Bu barədə APA-ya eksklüziv açıqlamasında hesabatın həmmüəllifi, Finlandiyanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Mikko Elo məlumat verib. Hesabatın AŞPA-nın qış sessiyası çərçivəsində yanvarın 23-də keçiriləcək iclasda müzakirə olunacağını deyən M.Elo sənədə Dağlıq Qarabağ münaqişəsinə dair hər hansı tövsiyənin daxil edilmədiyini bildirib. “Yalnız sənədin ilkin variantında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini şərtləndirən şəraitin yaradılması ilə bağlı tövsiyələr var. Biz tərəfləri münaqişənin yalnız sülh yolu ilə həllinə nail olmağa çağırırıq”. Ermənistanın AŞ qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi sahəsində bir çox problem olduğunu vurğulayan finlandiyalı deputat bildirib ki, rəsmi İrəvan üzərinə götürdüyü öhdəliyin əksər hissəsini yerinə yetirməyib. “Yerinə yetirilməmiş xeyli öhdəlik var. Problemlər, əsasən, söz və mətbuat azadlığının təmin olunmaması, siyasi partiya qanunvericiliyinin standartlara cavab verməməsi, demokratiya və insan haqları sahəsində gərgin vəziyyətin olması ilə bağlıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR