Bank Of Baku

İsfahan erməni kilsəsinin rəhbəri Koryun Papyan ABŞ Konqresinə İran rəhbərliyindən şikayət edib

İsfahan erməni kilsəsinin rəhbəri Koryun Papyan ABŞ Konqresinə İran rəhbərliyindən şikayət edib
# 15 yanvar 2007 15:21 (UTC +04:00)
APA-nın məlumatına görə, məktubda İranda İslam inqilabından sonra xristianların mütəmadi olaraq sıxışdırıldığı iddia olunur. Kilsə başçısı qeyd edib ki, 1994-cü ildə Məşhəddə yepiskop Hayk Hovsepyan-Mehr və rahib Tatevos Mikaelyan qətlə yetirildikdən sonra xristianlara qarşı zorakılıq xeyli səngisə də, 2000-ci ildə isə xristianların sıxışdırılması halları yenidən müşahidə olunub. O, Mahmud Əhmədinejadi yenidən prezident seçildikdən sonra xristianların xüsusilə, sosial-iqtisadi sahədə diskriminasiyaya məruz qaldıqlarını bildirib. “İran hakimiyyət orqanları ölkə xristianlarına Yeni il şənliklərinin keçirilməsini qadağan etdiyindən, onlar bayramı evlərdə qapalı şəkildə keçirməyə məcbur olublar. Biz dünya ictimaiyyətini İranda xristianların hüquqlarının pozulmasına biganə qalmamağa çağırırıq”. Kilsə rəhbərinin ABŞ Konqresinə məktub göndərilməsi ermənilərin ABŞ-ın İrana mümkün müdaxiləsi ərəfəsində yaranmış vəziyyətdən faydalanmaq istəyi kimi dəyərləndirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR