Bank Of Baku

YAP Cəlilabad rayon təşkilatının VII konfransı keçirilib

YAP Cəlilabad rayon təşkilatının VII konfransı keçirilib
# 15 yanvar 2007 15:56 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatının VII konfransı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, konfransın işində 221 nümayəndə iştirak edib. Ötən müddət ərzində rayon təşkilatının fəaliyyəti ilə bağlı hesabat dinlənildikdən sonra Milli Məclisin deputatı, YAP icraçı katibinin müavini Siyavuş Novruzov partiyanın ölkənin ictimai-siyasi həyatındakı mövqeyi ilə bağlı çıxış edib. O, partiyanın qarşısında dayanan vəzifələr və növbəti konfransa kimi atılacaq addımlarla bağlı məlumat verib. Təşkilati məsələlərin müzakirəsində Mirsüleyman Mirxaslı yenidən rayon təşkilatının sədri seçilib. Konfransda həmçinin 41 nəfərdən ibarət Şura, 19 nəfərdən ibarət İdarə Heyəti və 7 nəfərlik nəzarət-təftiş qrupu seçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR