Bank Of Baku

ADP Ali Məclisinin sədri Akif Şahbazov: “Azadlıq” blokunun razılaşdırılmamış aksiyalarla bağlı mövqeyi xalqın deyil, yalnız partiya sədrlərinin maraqlarına hesablanıb”

ADP Ali Məclisinin sədri Akif Şahbazov: “Azadlıq” blokunun razılaşdırılmamış aksiyalarla bağlı mövqeyi xalqın deyil, yalnız partiya sədrlərinin maraqlarına hesablanıb”
# 15 yanvar 2007 16:20 (UTC +04:00)
A. Şahbazovun APA-ya daxil olan bəyanatında müxalifət partiyalarının aksiya təyin etməsinin heç bir perspektivi olmadığı qeyd edilib:“Müxalifət yeni liderlərin meydana çıxmasından narahatdır. Əslində, müxalifət 2005-ci il seçkilərindən sonra öz fəaliyyətini dayandırmalı, partiyalar buraxılmalı idi”. Мüxalifətçilərin keçirdiyi kütləvi aksiyaların xalqa dəxli olmadığını bildirən A. Şahbazov indiki halda keçirilən mitinqlərin partiya sədrlərinin maraqlarına xidmət etdiyini düşünür: ““Azadlıq” blokunun razılaşdırılmamış aksiyalarla bağlı mövqeyi partiyanın, blokun və xalqın maraqlarına deyil, yalnız partiya sədrlərinin maraqlarına hesablanıb. Çünki bu aksiyanı partiyalar yox, onların sədrləri təyin edib. Bu partiyaların heç birinin rəhbər orqanlarının mitinqlə bağlı qərarı yoxdur”. A. Şahbazovun fikrincə, demokratik prinsiplərlə yaradılmış partiyalar hazırda avtoritar prinsiplərlə idarə olunur: “Hikkə, əvəzolunmazlıq, özbaşına qərar çıxaran insanların hakimiyyətə gələcəyi halda, xalqın xoşbəxt yaşayacağını düşünmürəm. Bacarıqsızlıqdan vaxtilə hakimiyyəti saxlaya bilməyən şəxslərin eyni mövqeni təkrarlamaları, qeyri-etik davranışları, xalqı aldatmaları parazitlikdir”. A. Şahbazov müxalifətin xalqın adından danışmaq haqqının olmadığını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR