Bank Of Baku

Ermənilərin əsir götürdüyü Azərbaycan əsgərlərindən biri sabah azadlığa buraxılacaq

Ermənilərin əsir götürdüyü Azərbaycan əsgərlərindən biri sabah azadlığa buraxılacaq
# 15 yanvar 2007 17:08 (UTC +04:00)
M. Amaşer həmçinin cari il ərzində hərbi əsirlərlə bağlı işin davam etdiriləcəyini, itkin düşmüş şəxslərlə işlə əlaqədar yerli heyət üçün treninqlər keçiriləcəyini, həbsxanalarda vərəm xəstəliyinə düçar olmuş dustaqların müalicəsi istiqamətində işlərin aparılacağını nəzərə çatdırıb. Nazir E. Məmmədyarov isə komitənin ölkəmizdə fəaliyyət göstərdiyi 15 il ərzində mühüm işlər gördüyünü qeyd edərək, bu fəaliyyət nəticəsində hökumət qarşısında böyük etimad qazandığını deyib. Qonağın Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqlarının mövcud durumu barədə sualına cavab verən E. Məmmədyarov əsas prinsiplər üzrə razılığın ilkin həll mərhələsi üçün zəruriliyini vurğulayaraq bir sıra qüvvələrin, o cümlədən erməni diasporunun, həmçinin Ermənistan daxilində gedən siyasi proseslərin münaqişənin nizamlanmasına mane olduğunu söyləyib. Ermənistanın sərhədləri zor gücünə dəyişdirmək cəhdini müasir dövrdə yolverilməz adlandıran nazir bu ölkənin Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasəti yürütdükdən sonra işğalı “öz müqəddəratını təyinetmə” şüarı altında ört-basdır etməsini pisləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR