Bank Of Baku

Avropa İttifaqının energetika üzrə komissarının spikeri Ferran Tazzadellas: “Avropa İttifaqı Azərbaycanı alternativ enerji mənbəyi hesab edir”

Avropa İttifaqının energetika üzrə komissarının spikeri Ferran Tazzadellas: “Avropa İttifaqı Azərbaycanı alternativ enerji mənbəyi hesab edir”
# 16 yanvar 2007 07:58 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Avropa İttifaqının energetika üzrə komissarı Andris Piebalqsın spikeri Ferran Tazzadellas bildirib. Onun sözlərinə görə, Azərbaycanın neft-qaz ehtiyatları Avropa İttifaqını ciddi şəkildə maraqlandırır. F. Tazzadellas deyib ki, Cənubi Qafqazın və Orta Asiyanın enerji ehtiyatlarının Avropaya nəql edilməsi üçün Azərbaycanın Bakı-Tiflis-Ərzurum layihəsi vasitəsilə “Nabukko” layihəsinə qoşulması mümkündür. Qeyd edək ki, Avropaya 3300 km uzunluğunda qaz kəməri çəkilməsini nəzərdə tutan “Nabukko” layihəsində Rumıniya, Bolqarıstan, Avstriya, Macarıstan və Türkiyə iştirak edir. Layihənin dəyəri 5.8 milyard dollardır. Tikintisi 2008-ci ildə başlanacaq kəmərin 2012-ci ildə istifadəyə verilməsi planlaşdırılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR