Bank Of Baku

Tələt Paşa Hərəkatı: “”Erməni soyqırımı beynəlxalq yalandır” fikrini əvvəlcə İsveçrəyə, sonra dünyaya qəbul etdirəcəyik”

Tələt Paşa Hərəkatı: “”Erməni soyqırımı beynəlxalq yalandır” fikrini əvvəlcə İsveçrəyə, sonra dünyaya qəbul etdirəcəyik”
# 16 yanvar 2007 08:44 (UTC +04:00)
İstanbulda qondarma “erməni soyqırımı” ilə mübarizəni qarşıya məqsəd qoymuş Tələt Paşa Hərəkatının növbəti toplantısı keçirilib. APA-nın Türkiyə bürosunun məlumatına görə, toplantıya Şimali Kipr Türk Cümhuriyyətinin birinci prezidenti və Tələt Paşa Hərəkatı Məşvərət Şurasının sədri Rauf Denktaş sədrlik edib. İclasda İşçi Partiyasının sədri Doğu Pərinçəkin İsveçrədə söylədiyi “erməni soyqırımı beynəlxalq yalandır” sözünə görə 6-7 martda Lozanna şəhərində keçiriləcək məhkəməsi ilə bağlı görüləcək işlər müzakirə olunub. D. Pərinçəkin məhkəmədəki müdafiəsində şəxsi hüquqi prinsiplərdən çıxış edilməməsi, əksinə, hücum mövqeyində durularaq “soyqırım” yalanının ifşasının vacibliyi vurğulanıb. Tələt Paşa Hərəkatı Lozannada D. Pərinçəki “soyqırım törətmədik, vətənimizi müdafiə etdik” şüarı ilə müdafiə edəcək. Məhkəmə ərəfəsində hərəkat üzvləri Lozannada “Erməni sənədləri ilə erməni soyqırımı yalanları” seriyasından türk, ingilis, fransız və alman dillərində çap edilmiş 50 min kitab paylayacaqlar. Rusiya arxivlərindən gətirilərək bu seriyadan çap olunmuş kitabları türk dilinə Bilgi Universitetinin azərbaycanlı müəllimi Arif Acaloğlu tərcümə edib.
Xatırladaq ki, İşçi Partiyasının sədri Doğu Pərinçək 2005-ci il iyulun 23-də İsveçrənin Lozanna şəhərindəki mitinqdə çıxışında “erməni soyqırımı” beynəlxalq yalandır” sözlərinə görə polis nəzarətinə alınmış, ən radikal müxalif partiyanın lideri olmasına baxmayaraq, xarici işlər naziri Abdulla Gül yubanmadan isveçrəli həmkarına telefon açaraq D. Pərinçəkin sərbəst buraxılmasını tələb etmişdi. Onun haqqında qaldırılmış cinayət işlərinin dördü xətm edilsə də, irqçiliyə qarşı qanunu pozduğuna görə qaldırılan cinayət işinə 6-7 martda məhkəmədə baxılacaq. Məhkəmədə bəraət alacağını deyən Doğu Pərinçək “soyqırım” yalanlarının ifşasında bu prosesin dönüş nöqtəsi olacağını inamla söyləyir.
Türkiyənin ən böyük diaspora hərəkatı olan Tələt Paşa Hərəkatı rəsmən 18 yanvar 2006-cı ildə yaradılıb. Hərəkatın Məşvərət Şurasına siyasətçilər, rektor və ali məktəb müəllimləri, QHT rəhbərləri, istefada olan generallar daxildir. İki azərbaycanlı alim - Bilgi Universitetinin müəllimi Arif Acaloğlu ve Kütahya Universitetinin müəllimi Aygün Haşımova da Məşvərət Şurasının üzvləridir. Birinci Dünya Müharibəsinin Osmanlı İmperatorluğu üçün həlledici dönəmində - 1915-ci ilin yazında ölkəni parçalamağa çalışan bandaları dağıtmaq ve erməni əhalisinin bir qismini imperiyanın başqa bölgələrinə köçürmək barədə qərar qəbul edən baş nazir Tələt Paşa 18 mart 1921-ci ildə erməni terrorçusu Tehleryan tərəfindən qətlə yetirilib. Tələt Paşa keçən ildən başlayaraq hər il martın 18-də Berlində qətlə yetirildiyi yerdə yad edilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR