Bank Of Baku

Almaniya səfiri Per Stankina: “Avropa İttifaqı gələcəkdə Bakı-Tiflis-Axalkələk-Qars dəmir yolu layihəsini maliyyələşdirə bilər”

Almaniya səfiri Per Stankina: “Avropa İttifaqı gələcəkdə Bakı-Tiflis-Axalkələk-Qars dəmir yolu layihəsini maliyyələşdirə bilər”
# 16 yanvar 2007 12:18 (UTC +04:00)
Almaniyanı “Avropanın motoru” adlandıran səfir qeyd edib ki, ölkəsi iqtisadi inkişaf və əhalinin sayı göstəricilərinə görə Avropa qitəsində birinci yeri tutur. Ölkənin illik iqtisadi artımının 3 faizə yaxın olduğunu deyən bildirən Almaniyanın Avropa İttifaqına sədrlik edəcəyi dövrdə göstərəcəyi fəaliyyətin prioritetlərini açıqlayıb. “Avropa yalnız uğurlardan ibarət deyil, onun da öz problemləri var. İki il əvvəl təəssüflər olsun ki, Avropa İttifaqının Konstitusiyası 2 ölkənin “yox” deməsi ilə qəbul olunmadı və həmin vaxtdan Avropa İttifaqında bir durğunluq yaranıb. Almaniya qarşısına bu durğunluğu aradan qaldırmaq məqsədi qoyub. Bizim sədrliyimiz dövründə Avropa İttifaqının iki zirvə toplantısı keçiriləcək. Bu toplantılardan biri ABŞ, Rusiya və Kanadanın, ikincisi isə Yaponiyanın iştirakı ilə baş tutacaq. Altı ay ərzində isə nazirlər səviyyəsində 48 görüş planlaşdırılıb, ümumiyyətlə isə Avropa İttifaqı çərçivəsində görüşlərin sayı 400-ə çatacaq. Almaniya bu il həm də “Böyük səkkizliyə” sədrlik edəcək”. Cənubi Qafqaz ölkələrinin Avropa İttifaqının Yeni Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı imzaladığını xatırladan Per Stankina Almaniyanın sədrliyi dövründə Mərkəzi Asiya ölkələri üçün strateji plan hazırlanacağını və Aİ-yə təqdim olunacağını deyib. Türkiyənin Avropa İttifaqı üçün çox böyük və vacib ölkə olduğunu deyən səfir danışıqların hazırkı mərhələsinin çətin getdiyini vurğulayıb və məsələnin həllinə ümidvar olduğunu qeyd edib. Sualları cavablandıran səfir Almaniyada sığınacaq almaq istəyən azərbaycanlılarla bağlı vəziyyəti dəyərləndirib: “Hazırda Almaniyada sığınacaq almaq istəyən azərbaycanlıların sayı azalıb. Buna səbəb səfirlik tərəfindən viza verilən zaman ciddi yoxlamaların aparılmasıdır. Almaniyada qeyri-qanuni yolla sığınacaq alan azərbaycanlıları geri qaytarılması hələlik mümkün deyil, çünki, Azərbaycan ilə Almaniya arasında buna dair müvafiq sənəd imzalanmayıb. Belə sənədin qəbul edilməsi vacibdir”. Bakı-Tiflis-Axalkələk-Qars dəmir yolu layihəsinə münasibət bildirən diplomat bildirib ki, TRASECA layihəsi qəbul edilərkən bu layihə nəzərdə tutulmamışdı: “Avropa İttifaqı bu layihənin əleyhinə deyil. Bakı-Tiflis-Axalkələk-Qars dəmir yolu layihəsi uğurlu olsa, Avropa İttifaqı gələcəkdə bu layihəni maliyyələşdirə bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR