Bank Of Baku

Rusiya XİN-də MDB ölkələrindəki səfirlərin iştirakı ilə görüş keçirilib

Rusiya XİN-də MDB ölkələrindəki səfirlərin iştirakı ilə görüş keçirilib
# 16 yanvar 2007 12:26 (UTC +04:00)
Rusiya Xarici İşlər Nazirliyində bu ölkədə yeni miqrasiya siyasətinin həyata keçirilməsi ilə bağlı Moskvada akkreditə olunmuş MDB ölkələrinin diplomatik missiya rəhbərləri ilə görüş keçirilib. APA-nın məlumatına görə, görüşdə Rusiya xarici işlər nazirinin müavinləri G.Karasin və A.Yakovenko, daxili işlər nazirinin birinci müavini A.Çekalin, Federal Miqrasiya Xidmətinin direktoru K.Romodanovskiy, səhiyyə və sosial inkişaf nazirlikləri və XİN-in bir sıra departamentlərinin rəhbərləri iştirak ediblər. Diplomatlar Rusiyanın miqrasiya sahəsində aparılan islahatlarla bağlı onlara verilmiş məlumatları anlayışla qarşıladıqlarını bildiriblər. Görüşdə MDB diplomatları ilə Rusiyanın miqrasiya siyasəti ilə məşğul olan qurumların nümayəndələri arasında belə görüşlərin mütəmadi keçirilməsi barədə razılıq əldə olunub. Növbəti görüş fevralın ortalarında keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR