Bank Of Baku

Vəkillər Kollegiyasının sədri Azər Tağıyev və vəkil İkram Şirinov Budapeştdə Ramil Səfərovla görüşüblər

Vəkillər Kollegiyasının sədri Azər Tağıyev və vəkil İkram Şirinov Budapeştdə Ramil Səfərovla görüşüblər
# 16 yanvar 2007 14:16 (UTC +04:00)
Bu barədə APA-ya vəkil İ. Şirinov məlumat verib. O bildirib ki, R. Səfərovun səhhəti yaxşıdır və əhval-ruhiyyəsi yüksəkdir. Görüşdə apellyasiya şikayəti üzrə keçiriləcək məhkəmə prosesində müdafiənin təşkili ilə bağlı məsələlər müzakirə olunub. Vəkilin sözlərinə görə, sabah onlar R. Səfərovun macar vəkilləri ilə görüşəcəklər. Yanvarın 19-da isə Macarıstan ombudsmanı ilə görüş nəzərdə tutulub. Qeyd edək ki, zabitin ailəsinin məhkəmədəki nümayəndəsi Budapeşt şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmündən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesinin fevralın 22-də başlayacağı barədə rəsmi bildiriş alıb.
Macarıstana səfərlərinin ilk günündə A. Tağıyev və İ. Şirinov Macarıstan Vəkillər Kollegiyasının rəhbərliyi ilə görüş keçiriblər. İki saat davam edən görüş zamanı bu ölkənin Vəkillər Kollegiyasının işinin təşkili, strukturu öyrənilib, iki ölkənin müvafiq qurumları arasında əlaqələrin yaranması və təcrübə mübadiləsinin aparılması barədə razılıq əldə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR