Bank Of Baku

ADP Ali Məclisinin sədri Akif Şahbazov və partiya sədrinin müavini Yaqub Abbasovla bağlı partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasına müraciət olunacaq

ADP Ali Məclisinin sədri Akif Şahbazov və partiya sədrinin müavini Yaqub Abbasovla bağlı partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasına müraciət olunacaq
# 16 yanvar 2007 15:01 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) Ali Məclisinin sədri Akif Şahbazov və partiya sədrinin müavini Yaqub Abbasovla bağlı ADP-nin Mərkəzi Nəzarət Təftiş Komissiyasına (MNTK) müraciət olunacaq. Bu barədə APA-ya partiya sədrinin birinci müavini Sərdar Cəlaloğlu məlumat verib. Onun sözlərinə görə, hər iki şəxs mətbuata açıqlamalarında əsassız məlumatlar verib. “Azadlıq” blokunun mitinq qərarını yalnız liderlərin qəbul etmədiyini deyən S. Cəlaloğlu bildirib ki, ADP-nin İdarə Heyətində bununla bağlı müzakirə aparılıb və kütləvi aksiyaların keçirilməsi ilə bağlı qərar verilib: “Bu qərar blokda olan digər partiyaların da rəhbər orqanlarında müzakirə olunub. Rəhbər orqanların qərarlarını təhrif etmək və ümmiyyətlə belə qərarın olmadığını iddia etmək yalnışdır. Xüsusən, Akif Şahbazovun ifadələrində siyasətçiyə yaraşmayan, adi bir əməkdaşlıq əxlaqına uyğun gəlməyən fikirlər var. O, liderlərin şərəf və ləyaqətini alçaldan ifadələr işlədib ki, guya onlar parazitlik edir və sair. Adam gərək düşmən haqqında da bir qədər etika ilə danışsın, o ki qaldı guya silahdaş hesab etdiyin adamlarla. Bəy dediyin nədir, bəyənmədiyin nədir? Onlar faktların üstündən xətt çəkib əsası olmayan fikirlər işlədiblər. Bu bəyanatlar onların emosional vəziyyətindən doğan fikirləridir”. Bu fikirlərin həm partiyaya, həm də bloka zərbə vurduğunu bildirən S. Cəlaloğlu funksionerlərin müxalifət liderləri haqında dedikləri ifadələrin ADP sədri Rəsul Quliyevə də aid olduğunu vurğulayıb: “Məsələyə partiyanın MNTK-sı baxmalıdır, çünki burada partiya sədri haqqında təhqir var. Digər tərəfdən İdarə Heyətinin qərarı ola-ola ictimaiyyətdə çaşqınlıq yaradılıb. Artıq bu cür ola bilməz. Bu partiyanın Nizamnaməsinə də ziddir”.
Qeyd edək ki, A. Şahbazov və Y. Abbasov APA-ya açıqlamalarında müxalifət partiyalarının kütləvi aksiyalar keçirməklə bağlı qərarlarını tənqid ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR