Bank Of Baku

“Azadlıq” bloku aksiya keçirəcəyi yerləri müəyyənləşdirib

“Azadlıq” bloku aksiya keçirəcəyi yerləri müəyyənləşdirib
# 16 yanvar 2007 15:51 (UTC +04:00)
Bu gün “Azadlıq” blokunun Sədrlər Şurasının növbəti iclası keçirilib. AXCP-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, blok rəhbərləri yanvarın 26-da keçiriləcək yürüş-mitinqlərin yeri ilə bağlı qərar qəbul ediblər. Sədrlər Şurası blokun Mitinq Komitəsinə aksiya ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət hazırlamağı tövsiyə edib. Aksiyanın yeri üçün 7 marşrut - Füzuli, Nərimanov, Gənclik, Cəfər Cabbarlı meydanları, Cavid, Səməd Vurğun, Sahil bağları, İqtisadi İnkişaf Nazirliyinin və Əmlak Komitəsinin yerləşdiyi binaların qarşısı müəyyənləşdirilib. Əvvəlki müzakirələrdə blokun eyni gündə bir neçə meydanda mitinq keçirməsi nəzərdə tutulsa da, blok yanvarın 26-da saat 15.00-dan 17.00-a kimi qeyd olunan meydanların yalnız birində mitinq keçirməyə qərar verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR