Bank Of Baku

Rusiyadakı soydaşlarımıza kömək məqsədilə yaradılan qərargahlara 130 müraciət daxil olub

Rusiyadakı soydaşlarımıza kömək məqsədilə yaradılan qərargahlara 130 müraciət daxil olub
# 16 yanvar 2007 16:16 (UTC +04:00)
Rusiyada ticarət fəaliyyəti ilə məşğul olan soydaşlarımıza kömək məqsədilə yaradılan qərargahlara 130 müraciət daxil olub. Bu barədə APA-ya Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin birinci ərazi dairəsinin rəisi Şakir Səlimov məlumat verib. Onun sözlərinə görə, daxil olan müraciətlərin arasında ciddi narahatlıq doğuran fakt yoxdur, onların əksəriyyəti bilgi alma xarakteri daşıyır. Komitə təmsilçisi yaxın günlərdə məsələ ilə əlaqədar təmsil olunduğu qurumda yaradılan işçi qrupunun toplantısının keçiriləcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR