Bank Of Baku

Almaniya səfiri Per Stankina: “Azərbaycan Avropa Birliyinə üzv olmaq müddətini yaxınlaşdırmaq üçün çoxsaylı islahatlar aparmalıdır”

Almaniya səfiri Per Stankina: “Azərbaycan Avropa Birliyinə üzv olmaq müddətini yaxınlaşdırmaq üçün çoxsaylı islahatlar aparmalıdır”
# 17 yanvar 2007 09:11 (UTC +04:00)
“Sovet dövrünün stereotipləri qaldığı heç bir ölkə, o cümlədən Azərbaycan Avropa İttifaqına daxil ola bilməz, bu məsələ öz həllini tapmadığı təqdirdə ölkənin Avropa İttifaqına qəbulundan danışmaq çətindir”. Bu eksklüziv açıqlamanı APA-ya Almaniyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Per Stankina verib. Avropa Komissiyasının Azərbaycanda xüsusi nümayəndəsi Alan Vaddamsın yaxın 50 il ərzində Azərbaycanın Avropa Birliyinə üzvlüyünün mümkün olmayacağı barədə fikirlərini şərh edən səfir Per Stankina bildirib ki, Azərbaycan bu müddəti qısaltmaq üçün bir çox sahələrdə islahatlar aparmalıdır. “Bu ilk növbədə demokratiya, insan hüquqları, mətbuat və təhsil azadlığı ilə bağlı məsələlərdir. Bundan başqa ölkədə iqtisadi fəaliyyət azadlığı hiss edilməlidir. Buna görə də Avropa İttifaqının Yeni Qonşuluq Siyasəti çərçivəsində imzalanmış 30 səhifəlik Fəaliyyət Planında Azərbaycanın Avropa standartlarına adaptasiyasını asanlaşdırmaq üçün yüzlərlə maddə yer alıb”. Səfir Avropa İttifaqına üzv ölkələrin sayının artmasına baxmayaraq, genişlənmə prosesinin davam edəcəyini bildirib. O, hazırda təmsil etdiyi qurumun Çernoqoriya ilə bağlı aktiv müzakirələr apardığını vurğulayıb. Avropa İttifaqının sıralarının genişlənməsi prosesini dəyərləndirən Per Stankina Alan Vaddamsdan fərqli olaraq Azərbaycanın bu quruma üzvlüyü üçün tələb olunan vaxtın daha yaxın olacağını istisna etməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR