Bank Of Baku

Müsavat mitinqlə bağlı müxalifət partiyalarına müraciət etmək niyyətində deyil

Müsavat mitinqlə bağlı müxalifət partiyalarına müraciət etmək niyyətində deyil
# 17 yanvar 2007 09:17 (UTC +04:00)
Müsavat Partiyası yanvarın 28-nə təyin etdiyi yürüş-mitinqlə bağlı müxalifət partiyalarına müraciət etmək fikrində deyil. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi açıqlamaya görə, Müsavat yalnız “Azadlıq” blokuna müraciət edib və blok rəhbərləri təklifi qəbul etməyiblər. Hazırda heç bir partiya ilə bu istiqamətdə danışıqlar aparmadıqlarını bildirən A. Hacılı mitinqin digər partiyaların iştirakı olmadan keçirilməsini mümkün sayıb: “Müsavat Partiyası müxalifətin birgə mitinqlər keçirməsi üçün mümkün olan addımları atıb. Digər partiyalardan hər hansı təşəbbüs olarsa, biz bunu müsbət qiymətləndirəcəyik”. A. Hacılı artıq mitinq hazırlıqlarına başladıqlarını da qeyd edib. Razılıq verilməyəcəyi halda sanksiyalaşdırılmamış aksiya keçirilib-keçirilməyəcəyinə gəldikdə, A. Hacılı bununla bağlı yalnız şəhər rəhbərliyinin cavabından sonra qərar qəbul olunacağını söyləyib.
Xatırladaq ki, Müsavat Partiyası yanvarın 28-də “Həzi Aslanov” metrostansiyası - Ukrayna meydanı marşrutu üzrə yürüş-mitinqin keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR