Bank Of Baku

Azərbaycan 2007-ci il üçün BMT-yə üzvlük haqqını köçürüb

Azərbaycan 2007-ci il üçün BMT-yə üzvlük haqqını köçürüb
# 17 yanvar 2007 09:34 (UTC +04:00)
Yanvarın ilk yarısına kimi yalnız 9 dövlət 2007-ci il üçün BMT büdcəsinə üzvlük haqqını köçürüb. APA-nın məlumatına görə, üzvlük haqqını köçürən ölkələr sırasında Azərbaycan da var. Azərbaycandan başqa Boliviya, Bruney, Burkina-Faso, Finlandiya, Norveç, Cənubi Afrika Respublikası, Surinam və Zimbabve də üzvlük haqlarını köçürüblər. BMT-nin maliyyə reqlamentinə əsasən, quruma üzv dövlətlər üzvlük haqlarını hər il yanvarın 31-ə kimi köçürməlidirlər. Qurumun illik büdcəsi 2 milyard dollardır, büdcənin 0,005 faizi Azərbaycanın üzvlük haqqı hesabına formalaşır. Ölkəmiz hər il olduğu kimi, 2007-ci ildə də BMT-nin büdcəsinə 150 min dollar vəsait köçürüb. Ermənistanın illik üzvlük haqqı isə 40.015 dollardır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR