Bank Of Baku

Bakı-Tiflis-Qars dəmiryolu xəttinə dair saziş imzalanmaq üçün hazırdır

Bakı-Tiflis-Qars dəmiryolu xəttinə dair saziş imzalanmaq üçün hazırdır
# 17 yanvar 2007 10:21 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, Tiflisdəki görüş zamanı həmin sənədlərin imzalanmasına dair razılıq əldə edilib. XİN-in açıqlamasında bildirilir ki, Bakı-Tiflis-Qars dəmiryolu xətti Şərq-Qərb enerji-nəqliyyat dəhlizinin əsas elementlərindən olmaqla, beynəlxalq birlik tərəfindən ali məqsəd kimi bəyan edilmiş regionda davamlı iqtisadi artım, stabillik və rifahın yüksəldilməsinə zəmin yaradacaq. Beynəlxalq standartlara uyğun şəkildə tikiləcək dəmiryolu xətti yüklərin və sərnişinlərin fasiləsiz, vaxtında və təhlükəsiz daşınmasını təmin edərək daşımaların həcminin artımına, tariflərin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaracaq. XİN-in açıqlamasına görə, Azərbaycanın xarici siyasət strategiyasının nailiyyətləri sırasında növbəti uğurlu addım olan bu tarixi layihənin həyata keçirilməsi yük və sərnişinlərin birbaşa Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya aparılması ilə yanaşı, ixrac mallarının Azərbaycan ərazisindən tranzitinin artmasına, Xəzər hövzəsi regionunun Avropa ilə bilavasitə nəqliyyat əlaqələrinin qurulmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, əmtəə və xidmətlərin nəqli yollarının diversifikasiyasına, region dövlətlərinin müstəqilliyi və suverenliyinin möhkəmlənməsinə xidmət edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR