Bank Of Baku

YAP-ın Xocalı rayon təşkilatının konfransı keçirilib

YAP-ın Xocalı rayon təşkilatının konfransı keçirilib
# 17 yanvar 2007 11:14 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Xocalı rayon təşkilatının VI konfransı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, 83 nümayəndənin iştirak etdiyi konfrans Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində baş tutub. Konfransda Xocalı rayon təşkilatının sədri Vahid Əliyev hesabat məruzəsi ilə çıxış edib, təşkilatın ötən dövr ərzində gördüyü işlər və qarşıda duran vəzifələri barədə məlumat verib. Konfrans nümayəndələri rayon təşkilatının 21 nəfərdən ibarət şurasını və 3 nəfərdən ibarət nəzarət təftiş qrupunu seçiblər. Vahid Əliyev yenidən təşkilatın sədri seçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR