Bank Of Baku

“Azadlıq” bloku mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib

“Azadlıq” bloku mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib
# 17 yanvar 2007 11:46 (UTC +04:00)
“Azadlıq” bloku yanvarın 26-na təyin etdiyi mitinqlə bağlı bu gün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Bu barədə APA-ya blokun Mitinq Komitəsinin üzvü, AXCP sədrinin müavini Həsən Kərimov məlumat verib. Onun sözlərinə görə, xəbərdarlıq məktubunda aksiya üçün 7 marşrut - Füzuli, Nərimanov, Gənclik və Cəfər Cabbarlı meydanları, Hüseyn Cavid, Səməd Vurğun və Sahil bağıları, İqtisadi İnkişaf Nazirliyinin və Dövlət Əmlakının İdarəolunması üzrə Dövlət Komitəsinin yerləşdiyi binaların qarşısı göstərilib. Blok yanvarın 26-da saat 15.00-dan 17.00-a kimi qeyd olunan meydanların yalnız birində mitinqin keçirilməsinin sanksiyalaşdırılmasını istəyib. Şəhər rəhbərliyinin aksiyaya razılıq verməyəcəyi halda blokun atacağı addıma gəldikdə, H. Kərimov bildirib ki, onlar istənilən halda göstərilən meydanlardan birində mitinq keçirəcəklər.
Qeyd edək ki, blok kütləvi aksiyaları Tarif Şurasının enerji daşıyıcılarının qiymətlərinin artırılması ilə bağlı qərarına etiraz olaraq təyin edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR