Bank Of Baku

Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun yunan üzvləri Bakıya gələcəklər

Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun yunan üzvləri Bakıya gələcəklər
# 17 yanvar 2007 12:10 (UTC +04:00)
Yanvarın 23-də Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun yunan üzvləri Azərbaycana rəsmi səfərə gələcəklər. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov məlumat verib. Onun sözlərinə görə, səfər müddətində qonaqlar azərbaycanlı həmkarları və Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək, Mədəniyyət və Turizm Nazirliyində, Heydər Əliyev Fondunda olacaqlar: “Milli Məclisdə keçiriləcək görüşlərdə dostluq qrupunun fəaliyyətinin daha da genişləndirilməsi, parlamentlərarası münasibətlər və digər məsələlər müzakirə olunacaq”. Yunanıstanlı deputatlar Qanköçürmə İnstitutunda da olacaqlar. Səfər yanvarın 26-da başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR