Bank Of Baku

Avropa Parlamenti Cənubi Qafqazda sülh və uzunmüddətli inkişafı dəstəkləyir

Avropa Parlamenti Cənubi Qafqazda sülh və uzunmüddətli inkişafı dəstəkləyir
# 17 yanvar 2007 12:13 (UTC +04:00)
“Avropa Parlamenti Avropa ölkələrini birləşdirən struktur kimi MDB ölkələri, xüsusilə də Cənubi Qafqaz regionu ilə dostluq münasibətləri yaratmağa tərəfdardır”. Bu açıqlamanı APA-ya Avropa Parlamentinin yeni prezidenti Hans Qert Poetterinqin ofisindən veriblər. Ofisdən bildiriblər ki, Avropa Parlamenti Cənubi Qafqazda sülh və uzunmüddətli inkişafı dəstəkləyir. Qeyd edək ki, dünən Avropa Parlamentinin yeni prezidenti seçilib. Səsvermənin birinci mərhələsində deputatların 65 faizinin səsini toplayan Poetterinq 2009-cu ilə kimi Avroparlamentin prezidenti vəzifəsini icra etmək şansı qazanıb. 61 yaşlı prezident 1979-cu ildən Avropa Parlamentinin üzvüdür. Bonn Universitetinin qanunvericilik, siyasət və tarix fakültəsini bitirən Poetterinq Nyu-York Universitetində doktorluq dərəcəsi alıb. Poetterinq universiteti bitirdikdən sonra Avropa Parlamentinin Xristian-Demokrat İttifaqı ilə əməkdaşlıq edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR