Bank Of Baku

Sankt-Peterburqda üç Azərbaycan vətəndaşı məhkəmə qərarı ilə saxlanılıb, onlar Azərbaycana deportasiya olunacaq

Sankt-Peterburqda üç Azərbaycan vətəndaşı məhkəmə qərarı ilə saxlanılıb, onlar Azərbaycana deportasiya olunacaq
# 17 yanvar 2007 12:36 (UTC +04:00)
Bunu isə APA-ya Rusiyada yaşayan azərbaycanlı Vüqar Musəvi deyib. Miqrasiya xidməti əməkdaşlarının bürokratiyaya yol verdiyini bildirən soydaşımız bəzi yerlərdə rüşvət faktının da olduğunu qeyd edib.
“Miqrantlarla bağlı problem Dağıstandan da yan keçməyib. Burada qeydiyyatsız yaşayaraq pərakəndə ticarətlə məşğul olan azərbaycanlılar bu günlərdə evdən çıxmamağa üstünlük verirlər”. Bunu APA-ya açıqlamasında Dağıstandakı Azərbaycan diasporunun rəhbəri Seyran Rəhimov deyib.
“Hazırda Rusiya Miqrasiya Xidmətində sənədləşmə işləri davam edir, əməkdaşlarımız bir neçə gündür ki, gücləndirilmiş iş rejimində çalışırlar”. Bu barədə APA-ya eksklüziv açıqlamasında Rusiya Federasiyası Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdir müavini Denis Soldatikov bildirib. O, qanunun qüvvəyə minməsindən sonra vəziyyətin normal olduğunu da vurğulayıb.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov isə APA-ya açıqlamasında əslində Miqrasiya Xidmətinin də bu işdə böyük təcrübəsi olmadığını vurğulayıb: “Onların özlərinin də öyrənməli olduqları çox istiqamətlər var, ona görə də yaranmış bəzi problemləri təbii saymaq lazımdır”. Q. Osmanovun sözlərinə görə, hazırda Sankt-Peterburqda üç Azərbaycan vətəndaşı məhkəmə qərarı ilə saxlanılıb, onlar bu yaxınlarda Azərbaycana göndəriləcək: “Həmçinin bizim konsulluğun əməkdaşları bir neçə gündür ki, regionlarda çalışırlar, onlar soydaşlarımızın sənədlərini toplayaraq, miqrasiya xidmətinə təqdim etmək üçün Moskvaya yollanıblar”.
Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin birinci ərazi dairəsinin rəisi Şakir Səlimov isə APA-ya açıqlamasında bu vaxta qədər hər hansı narahatedici faktın daxil olmadığını deyib. Onun sözlərinə görə, soydaşlarımızın miqrasiya ilə bağlı yaradılmış qərargahlara müraciətləri əsasən hüquqi bilgi almaqla bağlıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR