Bank Of Baku

Akif Şahbazov və Yaqub Abbasov Sərdar Cəlaloğlunun MNTK-ya müraciəti üçün əsas olmadığını bildirirlər

Akif Şahbazov və Yaqub Abbasov Sərdar Cəlaloğlunun MNTK-ya müraciəti üçün əsas olmadığını bildirirlər
# 17 yanvar 2007 12:37 (UTC +04:00)
“Mənim bəyanatımla bağlı partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasına müraciət etmək üçün heç bir əsas yoxdur. Müraciət üçün fakt olmalı və Nizamnamə qaydaları pozulmalıdır. Ona görə də inanmıram ki, MNTK bu məsələyə baş qoşsun”. Bu sözləri APA-ya açıqlamasında ADP Ali Məclisinin sədri Akif Şahbazov deyib. O, bəyanatında heç bir təhqiramiz ifadə olmadığını, yalnız mitinq qərarının “Azadlıq” blokundakı partiyaların rəhbərliyində müzakirəsini tələb etdiyini bildirib: “Yenə də deyirəm ki, təmsil olunduğum düşərgədə qeyri-etik, öz maraqlarını xalqın maraqlarından üstün tutan insanlar var. Bu, səmimi tənqiddir və bundan nəticə çıxarmaq lazımdır. Nəticə çıxara bilmirlərsə, böhtan və şantaj səsləndirməyə ehtiyac yoxdur”. A. Şahbazov bəyanatının “Azadlıq” blokunda müzakirəsini normal qarşıladığını da qeyd edib: “Mənim iradım heç bir seçkili orqanda, rəhbərlikdə müzakirə olunmadan avtoritar qaydada mitinq qərarının verilməsi ilə bağlı idi. Onları bu mövqedən çəkinməyə çağırmışam və onlar da çəkiliblər”.
ADP sədrinin müavini Yaqub Abbasov da partiya rəhbərliyinin MNTK-ya müraciət etməsi üçün heç bir əsas görmədiyini söyləyib: “Nizamnaməyə əsasən Sərdar Cəlaloğlu sədrin yalnız 4 müavinindən biridir. Onun MNTK-ya müraciət etmək hüququ yoxdur. MNTK-ya müraciəti yalnız partiya sədri edə bilər”. Y. Abbasov bildirib ki, bir müddət keçəndən sonra həm digər partiyalarda, həm də ADP-də onun haqlı olduğunu anlayacaqlar: “Məni tənqid edənlər müxalifətin indiki vəziyyətini analiz etməlidirlər. İndən belə elə taktika seçmək lazımdır ki, partiya yaşasın və nə zamansa hakimiyyətə gələ bilsin”. Xatırladaq ki, ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu Akif Şahbazov və Yaqub Abbasovla bağlı MNTK-ya müraciət edəcəyini açıqlamışdı. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR