Bank Of Baku

Avropaya İnteqrasiya Mərkəzinin sədri Səyyad Məcid: “Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər inteqrasiya mərhələsinə keçib”

Avropaya İnteqrasiya Mərkəzinin sədri Səyyad Məcid: “Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər inteqrasiya mərhələsinə keçib”
# 18 yanvar 2007 09:40 (UTC +04:00)
Avropaya İnteqrasiya Mərkəzi (AİM) Avropa İttifaqının (Aİ) daxili və xarici siyasəti ilə bağlı 2006-cı ilin yekunlarına dair mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, AİM-in sədri Səyyad Məcid hazırladıqları hesabatda Aİ-nın Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə münasibətlərinə toxunulduğunu bildirib. Onun sözlərinə görə, Aİ ilə Azərbaycan arasında münasibətlər əməkdaşlıqdan inteqrasiya mərhələsinə keçib. AİM-in sədr müavini Füzuli Məcidli isə Avropa İttifaqı daxilində yaranan gərginliyin səbəbkarının Fransa olduğunu deyib. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu da Azərbaycanın Avropaya inteqrasiyasının uğurla davam etdiyini söyləyib: “Əsas məqsədimiz Avropa İttifaqı ölkələrinə Azərbaycan haqqında düzgün informasiya çatdırmaqdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR