Bank Of Baku

Məşvərət Məclisi 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirib

Məşvərət Məclisi 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirib
# 18 yanvar 2007 10:31 (UTC +04:00)
Məşvərət Məclisinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 17-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə quruma daxil olan partiyalarla bərabər digər siyasi partiyaların nümayəndələri də iştirak ediblər. Məşvərət Məclisinin və bu qurumda təmsil oluna Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Məmməd Əlizadə Azərbaycan xalqının öz müstəqilliyi üçün dəfələrlə ayağa qalxdığını, lakin hər dəfə bunun müsbət nəticə vermədiyini, inqlabların faciə ilə başa çatdığını deyib. Ötən əsrin 90-cı illərində başlamış milli azadlıq hərəkatının qarşısının alınması üçün imperiyanın xalqa qarşı silah qaldırdığını xatırladan natiq buna baxmayaraq, qələbənin əldə olunduğunu qeyd edib. Dəyirmi masada digər partiyaların nümayəndələri də çıxış edərək məsələyə münasibət bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR