Bank Of Baku

“Azarbaycanda Demokratiya Uğrunda” Beynəlxalq Cəmiyyətin təsis konfransının vaxtı dəyişdirilib

“Azarbaycanda Demokratiya Uğrunda” Beynəlxalq Cəmiyyətin təsis konfransının vaxtı dəyişdirilib
# 18 yanvar 2007 11:07 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Rəsul Quliyevin təşəbbüsü ilə yaradılmış “Azarbaycanda Demokratiya Uğrunda” Beynəlxalq Cəmiyyətin təsis konfransının vaxtı dəyişdirilib. Bu barədə APA-ya cəmiyyətin Azərbaycan bölməsinin sədri Zəminə Dünyamalıyeva məlumat verib. Onun sözlərinə görə, digər ölkələrdə təşkilatın formalaşması prosesi başa çatmadığı üçün qurumun təsis toplantısını yanvarda keçirmək mümkün olmayacaq. Cəmiyyətin ən azı 12 ölkədə yerli təşkilatının olacağını bildirən Z.Dünyamalıyeva konfransa kimi bir sıra Avropa ölkəsində bölmələrin yaranacağını vurğulayıb. Hazırda isə 7 ölkədə beynəlxalq cəmiyyətin strukturları formalaşdırılıb. O, təsis konfransının mart-aprel aylarında keçiriləcəyini qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR