Bank Of Baku

ADP Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Bəhruz Məmmədov: “Akif Şahbazovun bəyanatında Nizamnamənin pozulması halları var”

ADP Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Bəhruz Məmmədov: “Akif Şahbazovun bəyanatında Nizamnamənin pozulması halları var”
# 18 yanvar 2007 11:33 (UTC +04:00)
“Akif Şahbazovun “Azadlıq” blokunun mitinqi ilə bağlı yaydığı bəyanatda partiyanın Nizamnaməsinin pozulması halları var. Burada xüsusilə də partiyanın rəhbərliyində qəbul olunmuş qərarların əleyhinə çıxılıb”. Bu fikirləri APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) sədri Bəhruz Məmmədov bildirib. ADP Ali Məclisinin sədri Akif Şahbazovla bağlı hələlik partiya rəhbərliyinin MNTK-ya müraciət etmədiyini bildirən B.Məmmədov hər hansı müraciət olmadan belə rəhbərlik etdiyi qurumun məluma bəyanatla bağlı qərar vermək səlahiyyətində olduğunu vurğulayıb: “Amma partiya rəhbərliyi bildirib ki, bununla bağlı müzakirələr aparılandan sonra MNTK-ya müraciət ediləcək. İdarə Heyətinin növbəti toplantısında Akif Şahbazovun da iştirakı ilə bu məsələ müzakirə ediləcək. Partiyanın nizamnaməsinə görə, hər bir kəs qərar qəbul olunmayana kimi onun əleyhinə çıxışlar edə bilərlər. Amma əgər çoxluq hansısa qərarı qəbul edirsə, o zaman azlıq da çoxluğun qərarına tabe olmalıdır”. B. Məmmədov MNTK-ya müraciət olunacağı halda sərt qərarların qəbul olunmasını istisna etməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR