Bank Of Baku

Bişkekdə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Bişkekdə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
# 18 yanvar 2007 11:47 (UTC +04:00)
Qırğızıstanın paytaxtı Bişkek şəhərində “Türkel” Beynəlxalq Fondunun təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsini anma mərasimi keçirilib. Bu barədə APA-ya Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Tədbirdə Azərbaycan xalqının başına gətirilən faciədən, xalqımızın azadlıq mübarizəsindən, erməni işğalçılarının vəhşiliklərindən danışılıb. Mərasimə toplaşan türkdilli xalqların təmsilçilərinə Xocalı soyqırımının dünya birliyi tərəfindən rəsmən tanınması üçün 1 milyondan çox imza toplanması barədə də məlumat çatdırılıb. Tədbirdə bildirilib ki, “Türkel” Fondunun 20 Yanvar hadisələri ilə bağlı hazırladığı 1 saatlıq radio-oçerk “Manas TV radiosu”nda yayımlanacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR