Bank Of Baku

“Yeni Fikir”çilərin vəkilləri Ali Məhkəməyə müraciət ediblər

“Yeni Fikir”çilərin vəkilləri Ali Məhkəməyə müraciət ediblər
# 18 yanvar 2007 11:51 (UTC +04:00)
“Yeni Fikir” Gənclər Hərəkatının həbsdə olan rəhbərlərinin vəkilləri Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət veriblər. Bu barədə APA-ya hərəkatın sədri Ruslan Bəşirlinin vəkili Osman Kazımov məlumat verib. O, kasasiya şikayətini bir neçə gün əvvəl məhkəməyə təqdim etdiyini bildirib. Hərəkat sədrinin müavinləri Ramin Tağıyev və Səid Nurinin vəkili Elçin Qəmbərov isə kasasiya şikayətini bu gün məhkəməyə təqdim edib. Vəkillər Apellyasiya Məhkəməsinin qərarının ləğv olunmasını, gənclərə bəraət verilməsini və kompensasiya ödənilməsini istəyirlər.
Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə Ruslan Bəşirli 7, təşkilatın sədr müavini Ramin Tağıyev 4 il müddətinə azadlıqdan məhrum ediliblər. Digər müavin Səid Nuriyə isə 5 il şərti (3 il sınaq müddəti olmaqla) cəza verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR