Bank Of Baku

Məşvərət Məclisinə daxil olan partiyalar 2008-ci il prezident seçkilərində YAP-ın namizədini dəstəkləməyə qərar verib

Məşvərət Məclisinə daxil olan partiyalar 2008-ci il prezident seçkilərində YAP-ın namizədini dəstəkləməyə qərar verib
# 18 yanvar 2007 12:01 (UTC +04:00)
Məşvərət Məclisinə daxil olan partiyalar 2008-ci il prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədini dəstəkləməyə qərar verib. Bu barədə APA-ya Məşvərət Məclisinə sədrlik edən Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Məmməd Əlizadə məlumat verib. Onun sözlərinə görə, bununla bağlı məclisdə müzakirələr aparılıb və partiyalar yekdil mövqedən çıxış edib: “Hər bir partiyaya bu seçkilərə ciddi şəkildə hazırlaşmaq və YAP-ın namizədinə dəstək vermək tövsiyə olunub. Bununla bağlı hələlik rəsmi qərar yoxdur, amma seçki prosesində belə qərar olacaq”. M.Əlizadə bildirib ki, hazırda MM-də 11 partiya təmsil olunur və quruma üzv olmaq üçün bir neçə partiya müraciət edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR