Bank Of Baku

NATO Parlament Assambleyasının yaz sessiyasında Ermənistanın qanunsuz silahlanması ilə bağlı məsələ qaldırılacaq

NATO Parlament Assambleyasının yaz sessiyasında Ermənistanın qanunsuz silahlanması ilə bağlı məsələ qaldırılacaq
# 18 yanvar 2007 12:15 (UTC +04:00)
NATO Parlament Assambleyasının yaz sessiyasında Azərbaycan nümayəndə heyəti Ermənistanın qanunsuz silahlanması ilə bağlı məsələ qaldıracaq. APA-nın məlumatına görə, bu barədə Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Siyavuş Novruzov bildirib. S.Novruzov deyib ki, Ermənistan beynəlxalq normaları pozaraq sürətlə silahlanır: “Ermənistan beynəlxalq normadan artıq silahlanırsa, bu, qeyri-rəsmi silahlanma kimi qiymətləndirilməlidir və buna görə sanksiyalar tətbiq edilməlidir”. S.Novruzov NATO PA-nın yaz sessiyasında bu məsələnin gündəliyə salınmasına nail olacaqlarını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR