Bank Of Baku

Səyavuş Novruzov: “Hərbi xidmətə çağırışın əsasları haqqında” qanuna yenidən dəyişikliklərin edilməsi mümkündür”

Səyavuş Novruzov: “Hərbi xidmətə çağırışın əsasları haqqında” qanuna yenidən dəyişikliklərin edilməsi mümkündür”
# 18 yanvar 2007 12:19 (UTC +04:00)
“Müəyyən problemlər yarandığı halda Milli Məclisin yaz sessiyasında hərbi qulluqçulara kommunal xərclərin ödənilməsində müəyyən güzəştlərin edilməsi məsələsinə yenidən baxılacaq”. APA-nın məlumatına görə, bu fikirləri Milli Məclisin təhlükəsizlik və dövlət quruculuğu daimi komissiyasının üzvü Siyavuş Novruzov söyləyib. S. Novruzov bildirib ki, enerji daşıyıcılarının qiymətinin artırılmasından sonra “Hərbi xidmətə çağırışın əsasları haqqında” qanuna yenidən dəyişikliklərin edilməsi mümkündür: “Bu qanuna əlavə və dəyişikliklər ediləndə biz iradlarımızı bildirmişdik. İkinci qrup əlil valideyni olan şəxsin və yaxud iki uşağı olanların hərbi xidmətə çağırılması düzgün deyil. Prezident qanuna edilən əlavə və dəyişiklikləri geri qaytarsa, Milli Məclis bu məsələyə yenidən baxacaq”. Qeyd edək ki, enerji daşıyıcılarının qiymət artımından sonra bir çox qeyri-hökumət təşkilatları “Hərbi xidmətə çağırışın əsasları haqqında” qanuna yenidən dəyişikliklərin edilməsi üçün müvafiq qurumlara müraciət edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR