Bank Of Baku

20 yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycanın Latviyadakı səfirliyində anım mərasimi keçiriləcək

20 yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycanın Latviyadakı səfirliyində anım mərasimi keçiriləcək
# 18 yanvar 2007 13:55 (UTC +04:00)
20 yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycanın Latviyadakı səfirliyinin əməkdaşları və bu ölkədə yaşayan soydaşlarımız Riqada Azadlıq Monumentinin qarşısına əklil qoyacaqlar. Səfirlikdən APA-ya verilən məlumata görə, əklilin üzərinə qızılı hərflərlə “Azərbaycanın və Latviyanın müstəqillikləri uğrunda canlarını vermiş 20 yanvar şəhidlərinin xatirəsinə” sözləri yazılacaq. Azadlıq Monumenti qarşısında anım mərasiminin keçirilməsi üçün Riqa şəhər Dumasından xüsusi icazə artıq alınıb. Bundan başqa 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycanın Latviyadakı səfirliyində də anım mərasimi keçiriləcək. Mərasimdə səfirliyin kollektivi ilə yanaşı bu ölkədə yaşayan soydaşlarımız da iştirak edəcəklər. Səfirlik 20 yanvar faciəsi barədə həqiqətlərin Latviya ictimaiyyəti arasında geniş şəkildə yayılması məqsədilə bu ölkənin kütləvi informasiya vasitələrində müvafiq məqalələrin dərc etdirilməsini nəzərdə tutub. Qeyd edək ki, Azərbaycanda baş vermiş 20 yanvar faciəsindən bir il sonra eyni tarixdə Latviyada da Sovet Ordusu tərəfindən analoji hadisələr törədilib. Buna görə də 20 yanvar tarixi Latviyada Barrikada Qurbanlarının Xatirəsi Günü kimi anılır və həmin gün Riqanın mərkəzindəki Azadlıq Monumenti qarşısına ölkə rəhbərliyi, həmçinin Latviyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları tərəfindən əklillər qoyulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR