Bank Of Baku

YAP partiyanın 2006-cı il üçün maliyyə hesabatını açıqlayacaq

YAP partiyanın 2006-cı il üçün maliyyə hesabatını açıqlayacaq
# 18 yanvar 2007 13:59 (UTC +04:00)
“Yeni Azərbaycan Partiyasında üzvlük haqlarının artırılması barədə yayılan məlumatlar doğru deyil. Bunlar məqsədli olaraq müxalifət mətbuatı tərəfindən cəmiyyətə ötürülmüş şayiələrdir”. APA-nın məlumatına görə, bu fikirləri YAP-ın icra katibinin müavini Siyavuş Novruzov bildirib. Yaxın vaxtlarda da partiyada üzvlük haqlarının artırılacağının gözlənilmədiyini bildirən S. Novruzov YAP-da maliyyə böhranının yarandığı barədə deyilənləri də cəfəngiyat adlandırıb: “YAP-ın üzvlərinin sayı 400 min nəfəri keçir. Həmin üzvlər hamısı üzvlük haqqını ödəyir və YAP-ın kifayət qədər maliyyə vəsaiti mövcuddur. Digər tərəfdən, müxalifət partiyalarından fərqli olaraq bizdə maliyyə şəffaflığı var”. S. Novruzov onu da qeyd edib ki, yanvarın 20-dən sonra YAP-ın İdarə Heyətinin iclası keçiriləcək. İclasda 2006-cı ilin yekunları ilə bağlı illik hesabat dinləniləcək və maliyyə hesabatı veriləcək. İcra katibinin müavini maliyyə hesabatının mətbuat orqanlarında dərc olunacağını da qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR