Bank Of Baku

BŞBPİ-nin rəisi Məhərrəm Əliyev: “Bakının bəzi rayon polis idarələrinin rəisləri işlərinə soyuq münasibət göstərirlər”

BŞBPİ-nin rəisi Məhərrəm Əliyev: “Bakının bəzi rayon polis idarələrinin rəisləri işlərinə soyuq münasibət göstərirlər”
# 18 yanvar 2007 14:57 (UTC +04:00)
Bu gün Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) ötən ilin yekunlarına həsr olunan müşavirədə tənqidi fikirlər səslənib. APA-nın məlumatına görə, toplantıda çıxış edən Çevik Polis Alayının sabiq komandiri, Sabunçu Rayon Polis İdarəsinin rəisi Rza Hacıyev gənc müstəntiqlərin işə vaxtında gəlmədiklərini, nizam-intizama riayət etmədiklərini bildirib. R. Hacıyev nizam-intizama riayət etmədiklərinə görə xidmət və şəxsi heyətlə iş üzrə müavinlərini, o cümlədən 12-ci polis bölməsinin rəisini vəzifəsindən uzaqlaşdırdığını deyib. Nəsimi Rayon Polis İdarəsinin rəisi Sahib Mirzəyev isə post-patrul xidməti əməkdaşlarının azlığından şikayətlənib. Onun sözlərinə görə, Nəsimi rayonunda cəmi 119 post-patrul xidməti əməkdaşı var ki, onların da əksəriyyəti mühüm əhəmiyyətli obyektlərin və diplomatik korpusların mühafizəsinə cəlb olunub.
Məsələyə münasibət bildirən BŞBPİ-nin rəisi Məhərrəm Əliyev də intizama riayət etməyən polisləri tənqid edib: “Paytaxtın bəzi rayon polis idarələrinin rəisləri öz işlərinə soyuq münasibət bəsləyir. Nizam-intizam olmayan yerdə isə cinayətkarlığa qarşı mübarizədən danışmağa dəyməz”. Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, general-leytenant Məhərrəm Əliyev paytaxt rayonlarında yoxlamalar aparılması və işinə məsuliyyətsiz yanaşan polis əməkdaşlarının ciddi cəzalandırılması haqda tapşırıqlar verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR