Bank Of Baku

20 Yanvar faciəsinin ildönümü İtaliyada qeyd olunub

20 Yanvar faciəsinin ildönümü İtaliyada qeyd olunub
# 18 yanvar 2007 15:57 (UTC +04:00)
Yanvarın 17-də Azərbaycan Respublikasının İtaliyadakı səfirliyində 20 Yanvar faciəsinin 17-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzindən APA-yz verilən məlumata görə, tədbirdə İtaliyada yaşayan azərbaycanlılar, İtaliya ictimaiyyətinin nümayəndələrinin və səfirliyin əməkdaşları iştirak ediblər. Mərasimdə çıxış edən səfir Emil Kərimov Azərbaycanın yeni tarixinin qanlı səhifələrindən biri kimi yadda qalmış 20 Yanvar faciəsinin tarixi barədə iştirakçılara məlumat verib, faciənin törədilmə səbəbləri və nəticələri haqqında beynəlxalq ictimaiyyətin məlumatlandırılmasının əhəmiyyətini vurğulayıb. Tədbirin sonunda “Lider” telekanalının istehsalı olan “20 Yanvara aparan yol” adlı sənədli film nümayiş olunmuşdur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR