Bank Of Baku

İlqar Hacıyev: “Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva bölməsində yaradılmış operativ qərargaha müraciət edənlərin sayı azalıb”

İlqar Hacıyev: “Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva bölməsində yaradılmış operativ qərargaha müraciət edənlərin sayı azalıb”
# 18 yanvar 2007 15:57 (UTC +04:00)
Rusiyada yeni miqrasiya qanunvericiliyinin qüvvəyə minməsi ilə əlaqədar Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva bölməsində yaradılmış operativ qərargaha müraciət edənlərin sayı azalıb. Bu barədə APA-nın Rusiya bürosuna ÜAK Moskva bölməsinin rəhbəri İlqar Hacıyev məlumat verib. Onun sözlərinə görə, hazırda qurumun bütün regional bölmələri adi rejimdə fəaliyyət göstərir. “Gün ərzində bizə 5-10 müraciət daxil olur. Rusiyada gücləndirilmiş təhlükəsizlik rejiminin elan olunması, küçələrdə və ictimai nəqliyyatda sənədlərin yoxlanması ilə əlaqədar bizə heç bir şikayət daxil olmayıb. Bundan başqa biz Rusiyaya gələn azərbaycanlılar üçün yaddaş kitabçası hazırlamışıq. Əminik ki, bu kitabça soydaşlarımıza problemlərlə qarşılaşmamaqda yardım olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR