Bank Of Baku

ADP Ali Məclisinin sədri Akif Şahbazov: “Sərdar Cəlaloğlu Rəsul Quliyevin səlahiyyətlərini mənimsəyib”

ADP Ali Məclisinin sədri Akif Şahbazov: “Sərdar Cəlaloğlu Rəsul Quliyevin səlahiyyətlərini mənimsəyib”
# 18 yanvar 2007 16:33 (UTC +04:00)
Bu barədə ADP Ali Məclisinin sədri Akif Şahbazov APA-ya göndərdiyi bəyanatında bildirib. O, bəyanatında S. Cəlaloğlunun ünvanına ağır ifadələr işlədərək, birinci müavini “siyasi əxlaqsızlıq müəllifi” adlandırıb. A. Şahbazov S. Cəlaloğlunu ölkədəki bütün partiya və siyasi liderlərin ünvanına böhtanlar danışmaqda da ittiham edib. A. Şahbazov birinci müavinin fəaliyyəti nəticəsində ADP-nin 26 təsisçisindən yalnız ikisinin partiyada qaldığını qeyd edib: “Şəxsi maraqları naminə bir blokda təmsil olunduğu insanları xain elan etmək ənənəsi onun siyasi fəaliyyətinin əsas prioritetidir. “Azadlıq” blokunun tarixi səhvlərindən biri də odur ki, hakimiyyətlə dialoqu Sərdar Cəlaloğlunun timsalında reallaşdırmağa cəhd göstərib. İqtidar partiyasının onunla eyni masa arxasında normal müzakirə apara bilməsinə inanmıram”. A. Şahbazov S. Cəlaloğlunu ADP sədrinin səlahiyyətlərini mənimsəməkdə də ittiham edib: “Nizamnaməyə görə, birinci müavin və digər müavinlər partiyanı təmsil edə bilməzlər. Həm də sədr ona partiya adından danışmaq səlahiyyəti verməyib. O, sədrin səlahiyyətini mənimsəyib”. A. Şahbazov bəyanatda YAP-ın icraçı katibi Əli Əhmədova ADP funksionerlərinin mövqeyini əsas gətirərək bu partiya ilə əməkdaşlığa hazır olması ilə bağlı fikirlərinə görə təşəkkür edib.
Məsələyə Sərdar Cəlaloğlu və ADP sədrinin digər müavini Həsrət Rüstəmov münasibət bildirməyiblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR